7 qollu qarşılaşmada "Real Madrid" məğlub oldu - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.

Metbuat.az xəbər verir ki, İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

26 aprel

"Mançester Siti" (İngiltərə) 4 - 3 "Real Madrid" (İspaniya)

Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 - Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, "Etihad" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı bu gün, aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR