Narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb FOTO

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıb.

Hadisəylə bağlı Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib.

M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR