Hindistan niyə Rusiyadan neft idxalını artırıb?

Ukraynanın işğalından sonra Hindistana Moskva ilə məsafəni saxlamağa çağırışlar davam edərkən, onun Rusiyadan neft alışı keçən ildən iki dəfədən çox artıb.

Metbuat.az "BBC"ə istinadla xəbər verir ki, Hindistan qlobal enerji qiymətlərinin artdığı bir vaxtda Rusiyadakı endirimli neft qiymətlərindən istifadə edərək idxalı artırıb.

ABŞ bildirib ki, bu neft idxalı sanksiyaları pozmasa da, “Rusiyaya dəstək açıq şəkildə dağıdıcı təsir göstərən işğala dəstəkdir”.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov hindistanlı həmkarlarına bildirib ki, Rusiya Hindistanın almaq istədiyi hər hansı malları müzakirə etməyə hazırdır. Ödənişləri isə rublla etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR