Rusiya ordusu ABŞ silahlarının olduğu anbarı bombaladı -

Rusiya ordusu Avropa və ABŞ-dan Ukraynaya gətirilən silahların olduğu silah anbarını bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Zaporojye bölgəsindəki silah anbarı dənizdən atılan Kalibr raketləri ilə hədəfə alınıb. Həmçinin digər ərazilərdə Ukraynaya məxsus 18 PUA sıradan çıxarılıb. Məlumata görə, sıradan çıxarılan PUA-lar arasında iki ədəd Bayraktar da var.

“Rusiya ordusu ötən gecə 11 silah anbarını, 1 Buk-M1 raket sistemini, 632 hərbi vasitəni və 120-dən çox hərbçini məhv edib”- deyə açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR