Bakı metrosunda gözlənilməz olay: İki qızın bu hərəkətinə görə fasilə yarandı

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.

Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR