AMEA "Elm günü"nün tarixinin dəyişdirilməsini istəyir

"Elm günü"nün tarixinə yenidən baxılması təklif edilir.

Metbuat.az xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.

Onun sözlərinə görə, "Elm günü" həmişə Novruz bayramına düşür və ölkədə qeyd edilmir: "Fərəh xanımdan xahiş edirəm ki, bu təklifi Prezident İlham Əliyevə çatdırsın".

Qeyd edək ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd olunur. Bu tarix də Novruz bayramı günlərinə təsadüf edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR