Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olundu

İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.

Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.

İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, "Report"un yerli bürosuna açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR