Ukrayna əks hücuma keçmək istəyir:

“Ukraynaya verilən NATO silahları rəsmi Kiyevin əks-hücum əməliyyatı keçirməsinə imkan verməyəcək. Onun böyük hissəsi cəbhə xəttinə çatmır. Bundan əlavə, Ukrayna eksponent olaraq borc dəliyinə girir”.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Aleksey Leonkov səsləndirib:

“Böyük Britaniyanın Ukraynaya silah tədarükünü artırmaq qərarı ilə bağlı məlumat daxil oldu. 155 mm-lik özüyeriyən artilleriya qurğusu, habelə on minlərlə mərmi veriləcək. Amma silahların böyük əksəriyyəti Ukraynaya pulsuz göndərilmir, Kiyevin NATO ölkələrinə borcu sürətlə artır”, – deyə Leonkov vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfinə verilən silahlar daha çox müdafiə əməliyyatları üçün nəzərdə tutulub. Onların köməyi ilə əks-hücum keçirmək mümkün deyil:

“Qərbin təchiz etdiyi silahların çeşidi əsasən müdafiə əməliyyatları aparmaq üçün nəzərdə tutulub. Bunlar tank əleyhinə sistemlər, dronlar, artilleriya sistemləri və hava hücumundan müdafiə sistemləridir. Hücum əməliyyatları aparmaq üçün bu silahlar kifayət deyil. Onlar Rusiya ordusunun irəliləməsini maksimum dərəcədə saxlamaq üçün verilir”, – deyə hərbi ekspert bildirib.

“Ukraynanın bu silahlara görə ödəyəcək heç nəyi yoxdur və maliyyə yardımının böyük əksəriyyəti mövcud borcların faizlərinin ödənilməsinə sərf olunur. Bunu nəzərə alaraq, kollektiv Qərb Rusiyanın dondurulmuş aktivlərini mənimsəmək üçün səbəblər axtarır. Qərb hansısa bəhanə ilə Rusiyanın qızıl-valyuta ehtiyatlarını ləğv etmək istəyir. Bu məqsədlə Rusiyaya qarşı ittihamlar irəli sürülür. Ukrayna üçün nəzərdə tutulan maliyyə yardımı ona çatmır. Pul dərhal BVF borcunun faizlərini ödəməyə gedir. Eyni zamanda, Ukraynanın ümumi borcu eksponent olaraq artır”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR