Makrona pomidorla hücum etdilər

Fransa Prezidenti Emmanuel Makron Serji şəhərində etirazla qarşılanıb.

Metbuat.az "BFMTV" nəşrinə əsasən xəbər verir ki, yenidən prezident seçildikdən sonra Serjini ziyarət edən Emmanuel Macron, onunla görüşə gələn sakinlərlə söhbət edərkən, pomidorların hədəfinə çevrilib. Bununla belə, dövlət başçısı təsirlənməyib.

Təhlükəsizlik xidməti prezidentin başının üstündə çətir açıb və hərəkət qısa zaman sonra bərpa olunub.

Bunu edən etirazçıların isə kim olduğu bilinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR