Çempionlar Liqası: "Liverpul" meydandan qalib ayrıldı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, bu raundun ikinci görüşündə İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR