Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün birinci sinfə avtomatik sorğu yerləşdiriləcək

Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı da verilir. Belə ki, valideyn “Şəxsi kabinet”ində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil müəssisəsini (rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələri istisna olmaqla) seçə bilər.

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR