Azərbaycanlı tələbə ABŞ universitetindən 122 min dollar təqaüd qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Xaqan Kərimov ABŞ-nin iki universitetindən tam təqaüdlə doktorantura pilləsinə qəbul alıb.

BANM-dan Metbuat.az-a verilən məlumata görə, o, Yuta Universitetini (University of Utah) seçərək 122 320 ABŞ dolları məbləğində illik təqaüd qazanıb.

Xaqan bu univesitetdə Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

Qeyd edək ki, o, 2017-ci ildə 695 bala BANM-a qəbul olub. Prezident təqaüdçüsü idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR