Ənənəvi toy dəftərlərini əvəz edən yeni üsul: "TOYPAY" - VİDEO

Toylarda pul yığımı adət etdiyimiz kimi deyil, ağıllı üsulla həyata keçirilə bilər.

Metbuat.az "ARB xəbər"ə istinadən xəbər verir ki, şadlıq saraylarının dəhlizlərində hər zalın öz terminalları quraşdırılacaq. Terminalda müəyyən qeydiyyatlar aparıldıqdan sonra ev sahibi onu icarəyə götürəcək. Bildirişləri isə ev sahibi öz emaili vasitəsilə aparacaq. Aparatın açarları da həmçinin ev sahibinin özündə olacaq.

"TOYPAY" adlanan bu terminalda ödəniş də çox rahat başa gəlir. Belə ki, qonaq sadəcə məlumatları aparata daxil etdikdən sonra istədiyi məbləği köçürə biləcək.

Hətta sistem toyda yığılan ümumi məbləği özü avtomatik hesablayacaq.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR