Bədii gimnastlarımız Rumıniyada 5 medal qazanıblar

Rumıniyanın paytaxtı Buxarestdə uşaqlar, yeniyetmələr və gənclər arasında bədii gimnastika üzrə 21-ci "Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

Metbuat.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR