Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünə zor tətbiq etməsini parodiya edib.
Metbuat.az xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabından paylaşım edib.
Belə ki, başına kaska taxan və motosikletdə oturan Bağırzadə kənarda ona qışqıran "Korsan, bir bax da, az qala maşını vurmuşdun" deyən şəxsə "Nə qışqırırsan? Qoymursunuz işləməyə" cavabını verib.