"Barselona"nın futbolçusu koronavirusa yoluxub

İspaniyanın "Barselona" klubunun futbolçusu Oskar Mingesa koronavirusa yoluxub.

Metbuat.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin testi pozitiv çıxıb.

İspaniyalı oyunçunun səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki. "Barselona"nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR