Prezident: “Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır”

“Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, konfrans zamanı onun iştirakçıları Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı planları ilə tanış olublar:

“Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”.

“Bundan əlavə, ən mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və beynəlxalq təşkilatlarla birgə mövqelərimizi və regiona baxışımızı təqdim etməkdir. Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları yerlərdə qəbul etməsi də çox vacib idi və bu baş verdi. Eyni zamanda, biz Qafqazda yeni dövrün - sülh və əməkdaşlıq dövrünün fəal şəkildə tərəfdarıyıq. Nəhayət, bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Hökumət Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi - Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan prinsipləri qəbul edib”, - ölkə lideri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR