İlham Əliyev: “Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir”

"Azərbaycan Çinlə əməkdaşlığı strateji əhəmiyyət kəsb edən əlaqələr hesab edir və mən şadam ki, bu münasibətlər çox uğurla inkişaf edir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı ölkələr arasında əməkdaşlığı nümunə göstərmək üçün onu Çinin böyük dostu adlandıran Si Cinpindən sitat gətirməyin yetərli olduğunu, həmçinin Çin Sədrinin də Azərbaycanın böyük dostu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev onu da xatırladıb ki, o, 2019-cu ildə Çin tərəfindən “Bir kəmər - bir yol” konfransına dəvət olunmuş nadir dünya liderlərindən biri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR