İlham Əliyev: "Qarabağ ermənilərindən müsbət ismarıclar alırıq"

“Artıq Qarabağdakı ermənilərdən çox müsbət ismarıclar alırıq”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı bildirib.

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Ümidvarıq ki, onlar da tezliklə Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqlara malik olacaqlarını, təhlükəsizliklərinin zəmanət altında olacağını dərk edəcəklər. Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, burada yaşayan bütün etnik qruplar, o cümlədən etnik ermənilər sülh və ləyaqət içində yaşayırlar. Burada erməni etnik azlığı var və onların heç bir problemi yoxdur”,- dövlət başçısı deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR