Şahmatçımız ikinci yeri tutub

Kubanın paytaxtı Havanada 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” başa çatıb və şahmatçımız Vasif Durarbəyli turnirdə ikinci yeri tutub.

Metbuat.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrosmeysterimizin 9-cu turda hindistanlı Surya Şexar Ganguli üzərində qələbəsi həlledici rol oynayıb. Belə ki, son turdan əvvəl 4-cü sırada olan V.Durarbəyli aktivinə 1 xal əlavə etməklə xalların sayını 4-ə çatdırıb və ikinci pilləyə yüksəlib.

Turnirin qalibi 5 xalla ABŞ təmsilçisi Hans Moke Niemann olub.

Qeyd edək ki, yarışda Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR