Şirvanda fəhlə xəsarət aldı, cinayət işi açıldı

Şirvanda mağazada fəhlə xəsarət alıb.

Şirvan şəhər prokurorluğundan Metbuat.az-a verilən məlumata görə Aprelin 26-ı saat 22 radələrində Şirvan şəhərində yerləşən tikinti materiallarının satışı mağazasında fəhlə işləyən 1984-cü il təvəllüdlü Vüqar Nurəhmədovun xəsarət alması barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Qeyd olunur ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat təxminən 17 radələrində Vüqar Nurəhmədov yük avtomobilindən taxta materiallarının boşaldılmasına köməklik edərkən boyun nahiyəsinin yükləyicinin tiyəsi ilə taxta arasında qalması nəticəsində “baş-beyinin kəskin qan dövranı pozğunluğu” xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR