Baydendən təklif: Rusiya iş

ABŞ Prezidenti Co Bayden Konqresə rusiyalı iş adamlarının əmlakının müsadirə edilməsi və əldə olunan gəlirin Ukraynaya dəstək üçün istifadə edilməsi təkliflərini göndərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin yazılı bəyanatında deyilir.

“Bu təkliflər paketi rusiyalı iş adamları ilə əlaqəli əmlakın müsadirə edilməsi üçün yeni səlahiyyətlər yaradacaq. Hökumətə Ukraynaya dəstək üçün alınan vəsaitdən istifadə etməyə və müvafiq hüquq-mühafizə mexanizmlərini daha da gücləndirməyə imkan verəcək”, - deyə prezidentin təklif etdiyi sənəddə qeyd olunur.

Ağ Evdən isə bildirilib ki, sənəd oliqarxların aktivlərinin ələ keçirilməsi prosesini sadələşdirmək, müsadirə edilməli olan aktivlərin əhatə dairəsini genişləndirmək, həmçinin gəlirlərin Ukraynaya axmasına imkan vermək məqsədi daşıyacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR