Azərbaycan Kuboku:

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adına aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Neftçi"ni məğlub edən "Zirə" həlledici qarşılaşmada "Qarabağ"ın rəqibi olub.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "Zirə" daha dəqiq (4:2) oynayaraq, tarixində ilk dəfə finala adlayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR