UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində keçirilən müsabiqəyə layihə qəbul olunur

UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsinə layihə qəbulu davam edir.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsini mayın 31-dək təqdim edə bilərlər.

Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR