Azərbaycan millisinin bütün üzgüçüləri finala yüksəliblər

Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycanın millisinin bütün üzgüçüləri - Ramil Vəlizadə, Əbdürəhman Rüstəmov, Rəşad Alquliyev və Məryəm Şeyxəlizadəxangah finala yüksəliblər.

Federasiyadan Metbuat.az-a verilən məlumata görə, Vəlizadə 2,4 dəqiqə, Rüstəmov 2,9 dəqiqə, Alıquliyev 1,2 dəqiqə həlledici mərhələyə vəsiqə əldə ediblər.

Şeyxəlizadəxangah isə 50 metr məsafəyə batterflay üsulu ilə üzmədə finala adlayıb.

Qeyd edək ki, Məryəm Şeyxəlizadəxangah daha əvvəl sərbəst üsulla üzmədə bürünc medala sahib çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR