AZAL-ın Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Metbua.az AZAL-a istinadən xəbər verir ki, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR