Bu həftə Venera və Yupiter bir-birinə toqquşacaq

Bu həftə sonu gecə səmaya baxanda Venera və Yupiter Yerdən toqquşmağa yaxın görünəcəklər.

Metbuat.az xəbər verir ki, onlar bir-birlərindən kilometrlərlə məsafədə olsalar da, Yerdən baxanda toqquşacaqlarmış kimi görünəcəkdir. Bu planetar birləşmə hər il baş verir, lakin bu il onlar həmişəkindən daha yaxın görünəcəklər. Bu qeyri-adi hadisə isə 2039-cu ilə qədər bir daha təkrarlanmayacaq.

Mənzərəni səmada aydın görmək üçün gözlə və ya durbinlə baxmaq kifayətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR