Sahibə Qafarova Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə siyasətçi tviterdə paylaşım edib:

“Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram! Allah orucunuzu, dua və ibadətlərinizi qəbul etsin! Bayramınız mübarək olsun!”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR