"Liverpul" yayda Məhəmməd Salahı sata bilər

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

Metbuat.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib.

Mersisayd təmsilçisi bu səbəbdən yayda misirli forvardı sata bilər. "Liverpul" təcrübəli oyunçunun klubu azad agent kimi tərk etməsini istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR