Ermənistan ordusunun mayoru Kəlbəcərdə baş verən yol qəzasında ölüb

10:57 19 Yanvar 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 10:42 ]

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri işğal olunmuş Azərbaycan ərazisində qəzaya düşüblər.

APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 17-də Kəlbəcər rayonunda baş verib.

 

Ermənistan hərbçilərinin olduğu "Nissan" markalı avtomobilin yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində mayor Artur Vardevanyan ölüb, iki zabit - mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə ağır xəsarətlərlə hospitala yerləşdiriliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR