"Qarabağ" çempionluq oyunundan əvvəl azarkeşlərə jest edib

"Qarabağ"ın "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXV turundakı ev oyununa giriş pulsuz olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi feysbuk hesabı paylaşım edib.

"Köhlən atlar" postda "sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq"! yazıb.

Qeyd edək ki, mayın 3-də "Azersun Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR