Nadirin “Avroviziya” səhnəsində ilk məşqi -

“Avroviziya” təmsilçimiz Nadir Rüstəmli Turində “Pala Alpitur” konsert və idman arenasının səhnəsində ilk məşqini edib.

Metbuat.az xəbər verir ki, N.Rüstəmlinin çıxışının quruluşçu rejissoru daha əvvəl Çingiz Mustafayev və Samirə Əfəndi üçün müsabiqə nömrələri hazırlamış Dane Mads Engaarddır.

Qeyd edək ki, yarışmada Azərbaycanı Nadir Rüstəmli təmsil edir. O, "Fade to black" mahnısı ilə səhnəyə çıxacaq. Yarışma mayın 10-dan 14-nə kimi keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR