Azərbaycanda adı virtual seks qalmaqalında hallanan müəllim danışdı - VİDEO / YENİLƏNİB

Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov mediada onun haqqında yayılan görüntülərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bununla bağlı E.Rəhimov Oxu.az-a açıqlama verib.

O bildirib ki, videonu izləyib: “Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır”.

E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: “İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır”.

E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: “Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam”.

Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.

12:23

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: “Təfərrüat ətraflı araşdırmadan sonra məlum olacaq”.

11:47

Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Space TV”nin aparıcısı Amil Xəlil sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib.

Jurnalistin sözlərinə görə, həmin faktla bağlı foto və videolar əldə edib. O, videoların montaj olmadığını əlavə edib. Eyni zamanda, adıçəkilən müəllimlə əlaqə saxladığını və məsələyə aydınlıq gətirmək üçün onu efirə dəvət etdiyini bildirib. E.Rəhimov isə bunun montaj olduğunu deyib.

Jurnalist qeyd edib ki, bir neçə tələbə qız bu təklifə razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.

Həmin videonu təqdim edirik. (18+)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR