AFFA rəsmisi Avropa çempionatına təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Metbuat.az xəbər verir ki, Zaur Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsinin 6, həmçinin ¼, yarımfinal və final oyunlarında iş başında olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may - 1 iyunda İsraildə təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR