İrəvanda toqquşmalar başladı: Koçaryanın oğlu nəzarətə götürüldü

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar zamanı çox sayda nümayişçi saxlanılıb.

Metbuat.az xəbər verir ki, saxlanılanlar arasında keçmiş prezident Robert Koçaryanın oğlu Levon Köçəryan da var. Məlumata görə, polis 70-dən çox nümayişçini nəzarətə götürüb.

Qeyd edək ki, Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar 3 gün əvvəl başlayıb. Bu gün səhər saatlarında polislə etirazçılar qarşıdurma başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR