Xəbərlər yalan çıxdı: “Kiyevin ruhu” əfsanə imiş -

Rusiya ordusuna məxsus 40-a yaxın təyyarəni məhv etdiyi irəli sürülən və bir neçə gün əvvəl həyatını itirdiyi deyilən “Kiyevin ruhu” ləqəbli 29 yaşlı pilot Stefan Tarabalka barədə iddialar real deyilmiş.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın hava Qüvvələrindən açıqlama verilib. Bildirilib ki, bu, ukraynalılar tərəfindən irəli sürülmüş “şəhər əfsanəsidir”. Açıqlamada deyilir ki, Rusiya ordusuna məxsus təyyarələrin məhv edildiyi barədə məlumatlar həqiqətdir. Lakin, rusların təyyarələrinin məhv edilməsində bir pilotun deyil, Kiyevi qoruyan Hərbi Hava Qüvvələrinin 40-cı Taktiki Aviasiya Qrupunun pilotlarının hamısının rolu var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR