Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında ilk finalçı İngiltərənin "Liverpul" komandası olub.

Metbuat.az xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ına qalib gəlib.

Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda 3:2 hesabı ilə meydandan həm qalib, həm də finalçı kimi ayrılıblar.

Qeyd edək ki, finalda "Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal cütünün qalibi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR