Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adı bəlli olacaq.

Metbuat.az xəbər verir ki, İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

Komandalar arasındakı ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR