Axtarışda olan 187 nəfər sərhəddə tutulub

Ötən ay ərzində cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 187 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib. Məlumata görə, həmin müddətdə ölkədən çıxışı qadağan olan 347 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 23 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR