Putin: "Qərb Ukraynaya silah verməyi dayandırmalıdır"

Rusiya prezidenti Vladimir Putin Fransa preizdenti Emmanuel Makrona deyib ki, Qərb Volodimir Zelenskiyə daha çox təzyiq göstərməklə və silah tədarükünü dayandırmaqla Ukraynadakı müharibəni dayandırmağa kömək edə bilər.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Fransa lideri Putin ilə telefon danışıqlarında Rusiyanı yenidən müharibəyə son qoymağa çağırıb. O, Putindən Mariupol şəhərində növbəti humanita dəhlizlərin açılmasına icazə verməsini xahiş edib.

Qeyd edək ki, Qərb dövlətləri Rusiyaya qarşı mübarizədə indiyədək Ukraynanı silahlandırıblar və Böyük Britaniya radar sistemi, GPS tıxacları və gecəgörmə cihazları da daxil olmaqla 300 milyon funt sterlinq dəyərində növbəti hərbi texnika vəd etdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR