Çindən ABŞ-a cavab: Təyyarədaşıyan gəmi hərəkətə keçdi

Çinin “Liaoning” təyyarədaşıyan gəmisi 7 hərbi gəminin müşayəti ilə Sakit okeanı istiqamətində üzməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin rəsmi mənbələri məlumat yayıb. Bildirilib ki, çinli hərbçilər Sakit okeanında “real döyüş” təlimləri keçəcək. Açıqlamada bildirilir ki, təlimlər başqa ölkəyə qarşı yönəlməyib.

Qeyd edək ki, ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Filippin dənizində mövqe tutduğu bir vaxtda Çinin bölgədə hərbi təlimlərə başlaması diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR