İçkili ata övlad qatili oldu:

Qubada 35 yaşlı kişi atası tərəfindən öldürülüb. 65 yaşlı Nüsrət Vahabov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə nəticəsində oğlu Sərraf Vahabova ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

Metbuat.az xəbər verir ki, mərhumun anası İTV-yə sözügedən hadisənin necə baş verdiyindən danışıb.

Çeşminaz Vahabova bildirib ki, qətl baş verən gün Nüsrət Vahabov içkili olub. Sərraf bayram günü evə içkili gələn atasına etiraz edərək dost-tanışından ona görə utandığını deyib.

Bundan sonra tərəflər arasında mübahisə qətllə nəticələnib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR