Ruslar əsas qüvvələrini bu bölgəyə cəmləyir:

Rusiya ordusu əsas qüvvələrini Kramatorsk və Severodonetsk şəhərlərini ələ keçirmək üçün yönəltməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ruslar bu məqsədlə İzyum ətrafına əlavə qüvvələr yığır. İzyum ətrafına artıq 22 batalyon-taktiki birliklər yerləşdirilib.

Bildirilir ki, Kramatorsk və Severodonetsk şəhərlərinin ələ keçirilməsi Rusiyanın Donbasın şimal-şərqi üzərindəki hərbi nəzarətini gücləndirəcək və Ukrayna qüvvələrinin bu istiqamətdə irəliləməsinə mane olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR