Rusiya müasir silahlarını Ukraynaya göndərdi -

Rusiya ordusu Ukraynada müasir silahlardan ilk dəfə istifadə etməyə başlayıb.

Metbuat.az “Telegraph” qəzetinə istinadən xəbər verir ki, ruslar “PTKM-1R” adlı bombadan ilk dəfə Ukraynada istifadə edib. “Sıçrayan bomba” adlandırılan “ağıllı mina” özünü 30 metr yüksəyə ataraq, havadan tanklara mərmi zərbələri endirir. Məlumata görə, bombalar səsləri ayıra bilən cihazlarla təmin edilib. Bomba tankların yaxınlaşdığını onların səsindən müəyyən edə bilir.

Mina ən uyğun məsafədə havaya sıçrayaraq, partlayır. Bildirilir ki, mina səsləri fərqləndirə bildiyinə görə, mülki avtomobilləri hədəfə almır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR