UEFA Çempionlar Liqasında digər finalçısı da bəlli olub.
Metbuat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabı ilə məğlub edən "Real Madrid" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Real Madrid" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.