Azərbaycanın Baş prokuroru İtaliyaya səfər edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Baş prokuroru Ciovanni Salvinin dəvəti ilə İtaliyanın Palermo şəhərinə işgüzar səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, səfər zamanı Kamran Əliyev Avropa Prokurorlarının Məşvərətçi Şurasının, İtaliyanın Ədliyyə və Xarici İşlər nazirliklərinin Avropa Şurası ilə birgə təşkil olunan Avropa Prokurorları Konfransında iştirak edəcək.

Konfrans çərçivəsində bir sıra xarici dövlətlərin Baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR