"Qarabağ" bir ildən sonra doğma meydanda xal itirib

Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"la 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xal itirib.

"Köhlən atlar" evdə sonuncu xal itkisi ilə 364 gün öncə - 2021-ci ildə mayın 4-də üzləşib. Həmin vaxt “Zirə” ilə görüş 1:1 hesabı ilə başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən komanda ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR