"Putin Kiyev küçələrində at oynada bilməyəcək" - Ruslar müharibəni çoxdan uduzub:

“Müharibə başlayanda Rusiya Ukraynanı qısa müddət ərzində nəzarət altına almağı planlaşdırırdı. Ruslar məqsədinə çatmadı. Bu baxımdan ruslar müharibəni çoxdan uduzub”.

Metbuat.az xəbər verir ki, “Ağ ev”in sözçüsü Cen Psaki belə açıqlama verib. O bildirib ki, ABŞ müharibə başlayandan bəri Ukraynaya dəstək verməklə onun danışıqlar masasında güclü olmasını təmin etmək istəyir.

“Putin Kiyev küçələrində at oynada bilməyəcək. Ukraynanın torpaq bütövlüyünü və suverenliyini poza bilməyəcəklər” - deyə Psaki bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR