İdarəyə məxsus tikilidən oğurluq edilib

Abşeronda idarəyə məxsus tikilidən oğurluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə Nübar yaşayış sahəsindəki rayon Kommunal İdarəsinə məxsus tikilidən 1200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Eltun Həsənov, əvvəllər məhkum olunmuşlar Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR