600 nəfər öldü: Cəsədlər isə "yoxa çıxıb" - Dəhşətli qətliamın detalları

Rusiya ordusunun Mariupoldakı teatr binasını bombalaması nəticəsində azı 600 nəfərin öldüyü məlum olub.

Metbuat.az xəbər verir ki, “Associated Press” agentliyinin həftələrdir həyata keçirdiyi araşdırmaların nəticəsi belə göstəricini üzə çıxarıb. Bildirilir ki, hadisə zamanı binada 1000 nəfər olub. Hücumdan xilas olan 23 nəfərin ifadələri əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox az sayda insan xilas olub. Bununla belə dəqiq neçə nəfərin xilas olduğu məlum deyil.

Qeyd edək ki, teatr binasından ukraynalılar sığınacaq kimi istifadə edirdi. Hücumdan bir müddət sonra binada heç bir cəsədə rast gəlinməyib. İddialara görə, qətliamın ortaya çıxmaması üçün cəsədlər daşınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR